İki avtomobil toqquşdu: 5 yaralı - Sabirabadda

Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər xəsarət alıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, ötən gecə Sabirabad şəhərinin H.Əliyev prospektində Narlıq kənd sakini, 1955-ci il təvəllüdlü Əliyev Əlican Əliquzu oğlunun idarə etdiyi “Hyundai” markalı, 54 BJ 348 dövlət nömrə nişanlı avtomobillə, Sabirabad sakini, 1960-cı il təvəllüdlü Quliyev İlham Soltan oğlunun idarə etdiyi “Mercedes” markalı, 10 BL 313 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü və sərnişinlər- Narlıq kənd sakinləri, 1964-cü il təvəllüdlü Əliyeva Mehriban Ağalar qızı (hər 2 qolunun sınığı), 2016-cı il təvəllüdlü Əliyev Bağır Kamran oğlu və 1998-ci il təvəllüdlü Cəfərova Fərqanə Elsevər qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabirabad Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












