İki avtomobil toqquşdu - Gəncədə

Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nizami prospekti ilə Pərviz Səmədov küçəsinin kəsişməsində qeydə alınıb.
Şəhər sakini, 1986-cı il təvəllüdlü Aqil Xəlilovun idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil yüksək sürətlə hərəkət edərək yolun kənarında dayanan “VAZ 2107”-ə çırpılıb. Qəza zamanı “Passat”ın sürücüsü və sərnişini, 1989-cu il təvəllüdlü Xəyal Hüseynov, həmçinin “VAZ”da olan sərnişin 1990-cı il təvəllüdlü Nuranə Əliyeva müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Sürücü A. Xəlilovun vəziyyəti normal olduğu üçün ona tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Digər iki nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO












