İki avtomobil toqquşdu - Şamaxıda

Şamaxı rayonunda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 8:30 radələrində Şamaxı-Göylər avtomobil yolunda qeydə alınıb.
Rayon sakini 1978-ci il təvəllüdlü Soltanov Natiq Tapdıq oğlunun idarə etdiyi 56-BG-132 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı minik avtomobili qarşı tərəfdən gələn 1962-ci il təvəllüdlü Nəbiyev Pənah Qədir oğluna məxsus 56-BG-014 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı “VAZ 2106”-nın sürücüsü Natiq Soltanov və sərnişini 1985-ci il təvəllüdlü Əliyev Arif Şahlar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
“VAZ 2107”nin sürücüsü Pənah Nəbiyev isə aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.



Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO










