İki avtomobil toqquşdu: xəsarət alanlar var - Ucarda

Ucar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayon ərazisində qeydə alınıb. Ucar rayon sakini, 1963-cü il təvəllüdlü Telman Ağasəlim oğlu Abdullayevin idarə etdiyi "Mitsubishi" markalı maşınla Vüqar Yusif oğlu Beydullayevin idarə etdiyi "VAZ-2106" markalı maşın toqquşub. Nəticədə "Mitsubishi"nin sürücüsü T. Abdullayev, "VAZ-2106"-nın sərnişinləri, 1978-ci il təvəllüdlü Rəşad Sehran oğlu Əhmədov və 1990-cı il təvəllüdlü Ruslan Şakir oğlu İsayev müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, T. Abdullayevin vəziyyəti nisbətən ağır olduğundan ilkin yardım göstərildikdən sonra müalicəsini davam etdirmək məqsədi ilə paytaxta göndərilib.
Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












