İki avtomobilin toqquşdu: 5 ölü, 2 yaralı

Qazaxıstanın Karaqanda vilayətinin Karaqanda-Balxaş magistralında iki avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, daha 2 nəfər yaralanıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə "Kazinform" agentliyi xəbər verib. Agentliyin xəbərində bildirilir ki, "Mercedes" və "Toyota" avtomobilləri Abaysk rayonunun Spassk qəsəbəsindən 20 kilometr məsafədə toqquşublar. Şımkentdən gələn "Mercedes"də hadisə zamanı 3 nəfər, Almatıdan gələn "Toyota"da isə iki uşaqlı ailə olub. "Mercedes" hansısa səbəbdən qarşıdan gələn avtomobilin yoluna çıxıb. Nəticədə sürücü də daxil olmaqla, avtomobildəki 3 nəfərin hamısı hadisə yerindəcə ölüb. "Toyota" sərnişinlərindən isə qadın və 2 yaşlı uşağı qəzanın qurbanı olub. Hadisə zamanı ölmüş qadının 4 yaşlı uşağı və "Toyota"nın sürücüsü xəstəxanaya yerləşdirilib. Makajanov adına Ortopediya və Travmatologiya Mərkəzindən bildirilib ki, hər iki yaralı reanimasiyadadır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












