İki ayda 267 yol qəzası: 78 ölü, 287 yaralı

Azərbaycanda bu ilin 2 ayı ərzində 267 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, baş vermiş qəzalar nəticədə 78 nəfər ölüb, 287 nəfər xəsarət alıb. 19 ölüm 105 xəsarət alma ilə nəticələnən 100 qəza paytaxt Bakıda, 2 ölümlə nəticələnən 2 qəza Naxçıvanda, 28 ölüm, 160 xəsarət alma ilə nəticələnən 135 qəza respublika rayonlarının yerli əhəmiyyətli yollarında , 28 ölüm, 18 xəsarət alma ilə nəticələn 26 qəza isə respublika əhəmiyyətli rayonlararası yollarda baş verib. İki ay ərzində piyadalarının vurulması ilə nəticələnən 115 qəzada 40 piyada dünyasını dəyişib, 80 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Ötmə qaydalarının pozulması və qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma nəticəsində qeydə alınmış 97 qəzada 29 nəfər dünyasını dəyişib, 114 nəfər yaralanıb. Sürət həddinin aşılması nəticəsində baş vermiş 62 qəzada 25 nəfər dünyasını dəyişib, 53 nəfər yaralanıb. Sərxoş vəziyyətdə nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı baş vermiş 5 qəzada 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb. 2 ay ərzində avtobus sürücüləri tərəfindən 20 qəza törədilib. Qəzalarda 8 ölüm, 16 yaralı faktı qeydə alınıb. Yük avtomobili idarə edən sürücülərin törədikləri qəzaların sayı 16, qəzada ölənlərin sayı 6, xəsarət alanların sayı 14 nəfər olub. Uşaqların iştirakı ilə bağlı baş vermiş qəzalarda 4 azyaşlı dünyasını dəyişib, 22 uşaq xəsarət alıb. Ölənlərin 2-si piyada, 1-i sərnişin, 1-i velosipedçi olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 2 ayı ərzinsə qəzaların sayı 106, qəzada ölənlərin sayı 74, xəsarət alanların sayı 287 fakt azalıb.
Paytaxtda ağır qəza: Üç avtomobil toqquşdu - VİDEO
Bərdədə zəncirvari qəza: Dörd nəfər xəsarət aldı - FOTO
Gürcüstanda içində turistlərin olduğu avtobus qayadan aşdı: Ölənlər var - FOTO
Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...
Tunelin çıxışında zəncirvari qəza: Üç avtomobil bir-birinə çırpıldı - VİDEO
12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış - VİDEO
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb: Yaralılar var - YENİLƏNİB
Yevlaxda dəhşətli qəza: İki nəfər öldü, üç nəfər yaralandı - VİDEO
Ələt-Astara yolunda qəza olub: Üç nəfər xəsarət alıb
Mingəçevir-Xaldan yolunda arxa təkərləri qopan avtomobil dirəyə çırpıldı - VİDEO
Türkiyədə təlim təyyarəsi qəzaya düşdü - VİDEO










