İki helikopter havada toqquşub satış mərkəzinə çırpıldı - 6 nəfər öldü

Braziliyanın Rio-de-Janeyro şəhərində iki helikopterin havada toqquşması nəticəsində 6 nəfər həyatını itirib. Avtosfer.az xəbər verir ki, qəza zamanı helikopterlərdən biri şəhərdə avtomobil satış mərkəzinin üzərinə düşərək güclü yanğına səbəb olub. Rəsmilərin açıqlamasına görə, helikopterlərdən birində bir pilot və dörd sərnişin, digərində isə yalnız pilot olub. Hadisədən sağ qalan olmayıb. Toqquşmadan sonra yerə düşən helikopterlərdən biri elektrikli avtomobillərin satıldığı mərkəzə çırpılıb və partlayış baş verib. Nəticədə ərazidə yanğın genişlənib, təxminən 20 avtomobil yanaraq yararsız hala düşüb. Digər helikopter isə təxminən 100 metr məsafədə yerə çırpılıb və alovlanmayıb. Hadisə nəticəsində helikopter qalıqlarının geniş əraziyə yayıldığı bildirilir. Yanğınsöndürmə briqadaları alovu nəzarət altına alaraq söndürüblər. Hadisənin səbəbi hələlik məlum deyil və araşdırma aparılır.




Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki rayonda piyadaları maşın vurub öldürdü - ANBAAN VİDEO
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO
Əhməd Rəcəblidə AĞIR QƏZA: Avtomobillərə ciddi ziyan dəydi - VİDEO
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO












