İki il əvvəl piyadanı vurub qaçan sürücü saxlanılıb

Şirvanda 2 il əvvəl piyadanı avtomobillə vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın Mil-Muğan bürosuna Şirvan şəhər Polis Şöbəsindən (ŞPŞ) verilən məlumata görə, şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2013-cü ilin dekabrın 17-də Şirvan sakini, 1962-ci il təvəllüdlü Fazilə Sarxan qızı Cəfərovanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş sürücü həbs edilib. Həmin şəxsin VAZ-21063 markalı avtomobilin sürücüsü, Sabirabad rayon sakini Amil Abbasovun olduğu müəyyən edilib. Qeyd edək ki, F. Cəfərova aldığı xəsarətlərdən Şirvan şəhər xəstəxanasında dünyasını dəyişib. Hadisə yerindən qaçan, kimliyi məlum olmayan sürücünün və avtomobilin axtarışları 2 il davam edib.
Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO












