İki kəndi birləşdirən körpü qəzalı vəziyyətdədir - VİDEO

Bərdə rayonunun Yeni Əyricə və Köhnə Əyricə kəndlərini birləşdirən körpü Tərtərçayın üzərində yerləşir. 38 il bundan öncə kənd sakinləri tərəfindən salınan körpü indi uçmaq təhlükəsi ilə üz-üzədir. Sakinlər körpünün qəzalı vəziyyətə düşməsini Tərtərçayda suyun gur gəlməsi ilə əlaqələndirirlər. Kəndləri birləşdirən yeganə vasitə olan bu körpüdən yalnız kiçik minik avtomobilləri keçə bilir.
Avtosfer.az eltv-yə istinadən xəbər verir ki, ağır tonnajlı avtomobillər isə çayın bir tayından digər tayına keçmək üçün 17 kilometr məsafəni qət etməli olurlar. Vəziyyətin bu cür davam etməsi isə kənd sakinlərini ciddi narahat edir. "Biz mişar daşı da gətiririk, qrabil də gətiririk, çay daşı da gətiririk. Maşınlar bizim kəndə 50 manata gətirir, bu vəziyyətə görə", - deyə kənd sakini Fəxrəddin Qasımov bildirib. Yeni körpünün inşa edilməsini istəyən kənd sakinləri əlaqədar təşkilatlara dəfələrlə müraciət etdiklərini bildirirlər. Kənd bələdiyyəsindən şifahi olaraq bildirildi ki, məsələ ilə bağlı rayon icra strukturları da daxil olmaqla, əlaqədar qurumlara müraciətlər olunub. Lakin hazırda körpünün bərpası üçün konkret iş görülmür.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












