İki maşın toqquşdu: 1 ölü, 5 yaralı - Xaçmazda

Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun 44-cü kilometrliyində qeydə alınıb. “Azsamand” markalı, 90 AF 285 dövlət nömrə nişanlı və “Lada” markalı minik avtomobilinin toqquşması nəticəsində “Azsamand”da olan, Bakı sakinləri, 1984-cü il təvəllüdlü İsmayılova Elnurə Mahir qızı, 1984-cü il təvəllüdlü İsmayılova Aynurə Mahir qızı, 1985-ci il təvəllüdlü Hüseynov Emil Vaqif oğlu, 1989-cu il təvəllüdlü Quliyeva Nərmin Orxan qızı, “Lada”da olan Dərbənd şəhər sakinləri - Şükürova Firəngiz Ayıbovna, 1949-cu il təvəllüdlü Abasova Gülnaz Ənsər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəsarət alan Dərbənd sakinlərindən biri dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












