İki maşın toqquşdu: 3 nəfər xəsarət alıb - Bakı-Qazax yolunda

Bakı-Qazax yolunun Yevlax şəhərinə yaxın hissəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, qəza zamanı "Jiquli" və hazırda markası məlum olmayan başqa bir maşın toqquşub. Digər maşının sürücüsünün qadın olduğu bildirilir. Nəticədə "Jiquli"də olan 3 nəfər - 1950-ci il təvəllüdlü Masallı rayon sakini Novruzov Valeh Mikayıl oğlu, həmçinin Cəlilabad rayon sakinləri - 1960-cı il təvəllüdlü Nəcəfov Zabit Camal oğlu və 1960-ci il təvəllüdlü Nağıyev İlham Həsən oğlu xəsarət alıb. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara tibbi yardım göstərildikdən sonra vəziyyətləri sabitləşib. Baş vermiş hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi araşdırma aparır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












