İki maşın toqquşdu: 4-ü azyaşlı olmaqla 7 nəfər xəsarət alıb - Bakıda

Bakının Sabunçu rayonunda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, Kürdəxanı qəsəbəsində “VAZ-2106” markalı avtomobillə “Hyundai” toqquşub və zərbənin gücündən "Jiquli" iki hissəyə ayrılıb.
Nəticədə “VAZ"da olan bir ailənin 4 üzvü - 46 yaşlı Novruzova Ülkər Əlibəy qızı, 1976-ci il təvəllüdlü Novruzov Zaur Nazim oğlu (sürücü), 10 yaşlı Novruzov Rəvan Zaur oğlu, 13 yaşlı Novruzov Nazim Zaur oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Eyni zamanda, “Hyundai” markalı avtomobildə olan başqa bir ailənin üzvləri - 1980-ci il təvəllüdlü Əliyev Alxan Alı oğlu (sürücü), 2007-ci il təvəllüdlü Əliyev Nihat Alxan oğlu, 13 yaşlı Əliyev Murad Alxan oğlu çoxsaylı bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ












