İki maşın toqquşdu: 5 nəfər xəsarət alıb - Balakəndə

Balakəndə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər xəsarət alıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, oktyabrın 9-u saat 22.00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistralının Balakən şəhəri ərazisindən keçən hissəsində şəhər sakini, 1970-ci il təvəllüdlü Akif Cəlal oğlu Əliyevin idarə etdiyi “VAZ 2106” markalı, 08 BB 234 dövlət nömrə nişanlı minik avtomobili ilə rayonunun Hənifə kənd sakini, 1980-ci il təvəllüdlü Vüsal Qəhrəman oğlu Mustafayevin idarə etdiyi “VAZ 21015” markalı, 08 BH 215 dövlət nömrə nişanlı minik avtomobili toqquşub.
Nəticədə “VAZ 2106”ın sürücüsü Akif Əliyev, sərnişinləri, Balakən şəhər sakinləri - 1995-ci il təvəllüdlü Mübariz Vaqif oğlu Namazov, 1970-ci il təvəllüdlü Ramiz Yusif oğlu Namazov, 1979-cu il təvəllüdlü Nərgiz Nurəddin qızı Yekəyeva, digər avtomobilin sürücüsü Vüsal Mustafayev Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) xəsarət alıblar.
MRX-dan bildirilib ki, dalağı çıxarılan Akif Əliyev əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Digərləri ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












