İki maşın toqquşdu: 6 yaralı

İmişlidə 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın verdiyi məlumata görə, hadisə ötən gün İmişli rayonunun Xubyarlı kəndində qeydə alınıb. Cəbrayıl rayon sakini, 1959-cu il təvəllüdlü Mirzəliyev Əsəd Mirzəli oğlunun idarə etdiyi "Opel Astra" markalı, 90 DS 251 dövlət nömrə nişanlı avtomobillə Xubyarlı kənd sakini Məmmədov İmran Teyyub oğlunun idarə etdiyi "Mercedes" markalı, 99 CP 143 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə "Opel Astra" markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişinlər Cəbrayıl rayon sakinləri, 1983-cü il təvəllüdlü Mirzəliyev Rüstəm Əsəd oğlu, 2012-ci il təvəllüdü Mirzəliyev Ruslan Rüstəm oğlu, 2009-cu il təvəllüdlü Mirzəliyeva Mələk Rüstəm qızı, 1989-cu il Qulaməliyeva Leyla Hidayət qızı və "Mercedes"də olan sərnişin, İmişli sakini, 1956-cı il təvəllüdlü Abdullayev İxtiyar İsmayıl oğlu müxtəlif xəsarətlərlə İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












