İki maşın toqquşdu: xəsarət alanlar var - Gəncədə

Gəncədə iki avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Nizami Gəncəvi prospektində baş verib. Tovuz rayon sakini, 1972-ci il təvəllüdlü, Cəmaləddin Qədirovun idarə etdiyi "QAZ -24" markalı avtomobil qarşı tərəfdən gələn, Göygöl rayon sakini, 1997-ci il təvəllüdlü, Elton Namazovun idarə etdiyi "VAZ -2107" ilə toqquşub. Qəza nəticəsində hər iki sürücü yüngül xəsarət alıb və hər 2 avtomobilə ziyan dəyib. Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən "Report"a bildiriblər ki, ilkin ehtimala görə, hadisəyə "VAZ -2107" markalı avtomobilin yüksək sürətlə hərəkətdə ikən idarəetməni itirməsi səbəb olub. Hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












