İki maşın toqquşub – Qubada

Ötən gün axşam saatlarında Bakı-Quba-Dağıstan sərhəd yolunun Quba rayonu Vəlvələ kəndi ərazisindən keçən 141-ci kilometrində yol nəqliyyat hadisəsi qeydə alınıb. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın şimal bürosunun verdiyi məlumata görə, Quba rayon Mirzəqışlaq kəndində yaşayan 1987-ci il təvəllüdlü Dabardeyev Kibar Eldar oğlu idarə etdiyi “Nissan-Maxima” minik markalı, 90 ZM 981 dövlət nömrə nişanlı avtomaşınla Bakı istiqamətində hərəkətdə olarkən, eyni istiqamətdə hərəkətdə olan Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Dostuyev Xalid Qardaşxan oğlunun idarə etdiyi “Land Rover Discoveri” markalı 90 OJ 012 dövlət nömrə nişanlı avtomaşınla toqquşub. Nəticədə “Nissan Maxima” markalı avtomobildə olan sərnişinlər - Quba rayon Cağacuq-çay kəndində yaşayan 1988-ci il təvəllüdlü Şıxməmmədov Vidadi Seyidbala oğlu və 1986-cı il təvəllüdlü piriyev Ramin Seyidağa oğlu xəsarət alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıblar - VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB












