İki maşının toqquşması nəticəsində 6 nəfər yaralanıb - FOTO

Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən 28-ci km-də "Opel" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində yaralananların adları məlum olub.
Avtosfer.az xəbər verir ki, "Report"un Şimal bürosunun məlumatına görə, qəza nəticəsində ümumilikdə 6 nəfər xəsarət alıb.
Bunlar Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsinin sakinləri - 1999-cu il təvəllüdlü Mehtiyev Saleh Elman oğlu (diaqnoz: qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, alkoqol sərxoşluğu), 1999-cu il təvəllüdlü Fərəməzov Samir Ənvər oğlu (Alın nahiyəsinin cırılmış yaraları, təpə nahiyəsinin əzilmiş-cırılmış yarası), 1999-cu il təvəllüdlü Məmmədov İbrahim Ələzi oğlu (Təpə nahiyəsinin əzilməsi), 1994-cü il təvəllüdlü Sultalıyev Murad Şakir oğlu (Döş qəfəsinin əzilməsi), 1998-ci il təvəllüdlü Adıgözəlov Pərviz Azər oğlu (Travma izləri məlum edilməyib) və 1955-ci il təvəllüdlü Şirvan rayon sakini Vəliyev Rəşid Güllər oğludur (Sol diz oynağının əzilməsi, alkoqol sərxoşluğu).
Vəliyev Rəşid "Mercedes" markalı avtomobili sərxoş vəziyyətdə idarə edib. Hazırda yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər. Həkimlərin məlumatına görə, Saleh Mehtiyev və Samir Fərəməzovun vəziyyəti ağırdır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO















