İki “Mercedes” toqquşdu, yaralılar var - FOTO

Nizami rayonu, Bəkir Çobanzadə küçəsində avtomobil qəzası baş verib. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, bir “Mercedes” markalı avtomobil, digər “Mercedes”lə toqquşub. Hadisənin şahidlərinin dediyinə görə, “99 KH 221” dövlət nömrə nişanlı avtomobilin sürücüsü yolayrıcından keçmə qaydasını pozaraq əsas magistral yola çıxıb, sürətlə digərinə çırpılıb.
Nəticədə digər maşının sürücüsü ciddi xəsarət alıb. Qəzanı törədən avtomobildə olan üç nəfər şəxsin də yüngül xəsarət aldığı deyilir. Ətrafda olan sakinlərin köməyi ilə yaralılar avtomobillərdən çıxarılıb. Hadisə yerinə təcili tibbi yardım xidmətinin əməkdaşları gəlib və sürücülərə ilkin tibbi yardım göstərilib.
Vəziyyəti ağır olan sürücü isə xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.






Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












