İki minik maşını traktorla toqquşub, 2 nəfər yaralanıb

Şəki şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə axşam saatlarında Şəki - Qax yolunun Şəkinin İnçə kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, iki "Mercedes" markalı avtomobil və bir traktorun toqquşması nəticəsində minik avtomobillərində olan iki nəfər - Şəkinin Aşağı Şabalıd kənd sakini, 1978-ci il təvəllüdlü Rahim İbrahim oğlu İsayev və Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Ceyhun Arif oğlu Əsədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, Ceyhun Əsədovun xəsarətləri yüngül olduğundan ona ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Xəstəxananın Cərrahiyə şöbəsinə yerləşdirilən Rahim İsayevin vəziyyəti isə orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Report
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












