İki motosiklet toqquşdu: yaralılar var

Balakəndə motosikletlərin toqquşması nəticəsində iki nəfər ağır xəsarət alıb. İyunun 16-ı axşam saat 20:30 radələrində rayonun Qaysa kənd yolunda, Qaysa kənd sakinləri 1951-ci il təvəllüdlü Ömər Hacı oğlu Cırınqovun idarə etdiyi “Dnepr” markalı, dövlət qeydiyyat nişanı olmayan yük motosikleti ilə 1975-ci il təvəllüdlü Əli Kamil oğlu Ramazanovun idarə etdiyi eyni markalı, dövlət qeydiyyat nişanı olmayan yük motosikleti qarşı-qarşıya toqquşub. Qəza nəticəsində Ömər Cırınqov və Əli Ramazanov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar. Balakən RMX-dan APA-ya bildirilib ki, xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən hər iki yaralıya qapalı kəllə-beyin travması, beyin əziyi və sol ayağın baldırın sınığı diaqnozu qoyulub, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












