İki nəfəri maşın vurdu - Balakəndə

Balakən rayonunda iki piyadanı maşın vurub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə iyulun 28-də axşam saat 22:00 radələrində rayonun Kortala avtomobil yolunda baş verib. 1984-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Xanəli Zamil oğlu Qurbanov idarə etdiyi “VAZ 21074” markalı, 90 BU 913 dövlət nömrə nişanlı minik avtomobili ilə yolun kənarında hərəkətdə olan piyadalar - rayonun Kortala kənd sakinləri, 1993-cü il Fərhad Nəbi oğlu Eminovu və 1994-cü il təvəllüdlü Elnur Sərdar oğlu Şibliyevi vurub. Xəsarət alan piyadalar Balakən Mərkəzi rayon Xəstəxanasına (MRX) aparılıblar.Balakən MRX-dan verilən məlumata görə, yaralılardan Fərhad Eminov qapalı kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Elnur Şibliyevin vəziyyəti yüngül olduğundan lazımi tibbi yardım göstərildikdən sonra o, ambulator müalicə almaq şərtilə evə buraxılıb. Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












