İki nəfərin ölümü ilə nəticələnən yol qəzasının təfərrüatları məlum olub - VİDEO

Şəmkir-Gədəbəy avtomobil yolunda nənə ilə nəvənin ölümünə səbəb olan qəzada avtomobili nəvənin - 15 yaşlı Elzaməddin Vəliyevin idarə etdiyi bildirilsə də, polisin araşdırması nəticəsində məlum olub ki, maşını idarə edən şəxs onun babası, Gədəbəy rayonunun Əlinağılar kənd sakini, 1953-cü il təvəllüdlü Zirəddin Vəliyev olub. Avtosfer.az interaz-a istinadən xəbər verir ki, onun idarə etdiyi “Niva” markalı 10 FH 292 dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarına aşması nəticəsində avtomobildə olan sərnişinlər - sürücünün həyat yoldaşı, 1954-cü il təvəllüdlü Vəzifə Vəliyeva və onların nəvəsi 2002-ci il təvəllüdlü Elzaməddin Vəliyev Hadisə yerindəcə dünyasını dəyişib. Sürücü və digər sərnişin, onun oğlu 1974-cü il təvəllüdlü Qalib Vəliyev isə yüngül xəsarət alıblar. Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












