İki piyadanı vurub qaçan sürücü tutuldu - FOTO

Bərdədə iki müxtəlif yerdə piyadaları vurub qaçan sürücünün eyni adam olduğu müəyyənləşib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, müəyyən edilib ki, hər iki hadisə “NAZ-Lifan” markalı, 59 BD 526 nömrə nişanlı avtomobillə törədilib. Avtomobilin sürücüsü maşınla Bərdə şəhərində Heydər Əliyev prospektində yolu keçmək istəyən 17 yaşlı İlqar Məmmədovu vurduqdan sonra hadisə yerindən qaçıb. İlqar Məmmədov yaxınlıqdakı şəxslərin köməyi ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, ona ilkin tibbi yardım göstərilib. Sürücü T.Vəliyev avtomobillə Tərtər istiqamətində qaçmaq istəyərkən Bərdə-Tərtər yolunda yol kənarını süpürən Bərdə rayon Yaşıllaşdırma İdarəsinin süpürgəçisi, 63 yaşlı Məlahət Yusifovanı vurub. Qadın aldığı xəsarətdən ölüb, sürücü isə hadisə yerindən qaçıb.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ



















