İki qırıcı toqquşdu - ABŞ-da

ABŞ-ın Milli Qvardiyasına məxsus iki qırıcı F-16 təyyarəsi havada toqquşub. Avtosfer.az anspress-ə istinadən məlumatına görə, hadisə ABŞ-ın Corciya ştatı üzərində qeydə alınıb.
İnsident təyyarələrin təlim uçuşları həyata keçirdiyi zaman baş verib.
Məlumata görə, pilotlar vaxtında təyyarələrdən katapult edə biliblər. Yerdə xəsarət alanlar barədə hələ ki, heç bir informasiya yoxdur.
Milli Qvardiya hadisənin hansı səbəblərdən baş verdiyini araşdırır.
Bənzər hadisə bu ilin mayında da qeydə alınıb. ABŞ-da iki hərbi təyyarənin toqquşması nəticəsində dörd ekipaj üzvü xəstəxanaya yerləşdirilib.
ABŞ-ın iki hərbi təyyarəsi Şimali Karolina ştatının sahillərində qəzaya uğrayıb.
Məlumata əsasən, sahildən 40 km aralıda, Atlantik okeanı üzərində təlim uçuşu zamanı “McDonnell Douglas F/A-18” tipli iki döyüş təyyarəsi toqquşaraq suya düşüb.
Bildirilib ki, qəza nəticəsində ölən olmayıb. Hər iki təyyarənin xəsarət alan 4 nəfər ekipaj üzvü xilas olunaraq xəstəxanaya aparılıb.
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO










