Banner

İki rayonda piyadaları maşın vurub öldürdü - ANBAAN VİDEO

Qəzalar 26 Oktyabr 2026 14:30
İki rayonda piyadaları maşın vurub öldürdü - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə olun

Ötən həftəsonu Tovuz və Goranboy rayonlarında piyadavurma ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib. Hər iki piyada aldığı xəsarətlərdən həyatını itirib.

Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, hadisələrdən biri Tovuz rayonunun Əyyublu kəndində qeydə alınıb. Saat 21 radələrində Ə.Məmmədov idarə etdiyi VAZ markalı avtomobillə Bakı-Qazax yolunun 423-cü kilometrində hərəkətdə olarkən yolu keçməyə çalışan həmkəndlisi A.Əsgərovu vurub.

Digər hadisə isə Goranboy rayonunun Goran qəsəbəsindən keçən Bakı-Qazax yolunun 312-ci kilometrində baş verib. Saat 19 radələrində Y.Hüseynovun idarə etdiyi "Changan" markalı avtomobil Qarasüleymanlı kənd sakini E.Yusifovu vurub.

Qeyd olunub ki, hər iki piyada sutkanın qaranlıq vaxtında hərəkətin intensiv olduğu avtomagistralı qanunla nəzərdə tutulmayan yerdən keçməyə çalışıb. Onlar aldıqları xəsarətlərdən ölüblər.

Faktlarla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb. İdarə piyadalara yolu yalnız onlar üçün nəzərdə tutulmuş yerlərdən keçməyi, sutkanın qaranlıq vaxtında xüsusilə ehtiyatlı olmağı, yolu keçərkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyi, nizamlayıcıların və svetoforların tələblərinə əməl etməyi, eləcə də qəflətən avtomobil yoluna çıxmamağı tövsiyə edib.

bax.tvhttps://player.bax.tv/embed/228204.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler

 

 

Oxunub : 520
ŞƏRH YAZ
Ad

E-mail

Şərh