İki sərnişin avtobusu və iki maşın toqquşdu – Bakıda

Bakıda iki sərnişin avtobusunun iştirakı ilə zəncirvarı qəza baş verib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə ötən gecə paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində qeydə alınıb. 57 saylı marşrut xətti ilə hərəkət edən "İsuzu" markalı sərnişin avtobusunun sürücüsü dayanacağa yaxınlaşdıqda idarəetməni itirib.
Nəticədə avtobus "Mercedes" markalı minik avtomobilinə çırpılıb. Zərbənin təsirindən "Mercedes" qarşısındakı "Daewoo" markalı 40 saylı marşrut avtobusuna, həmin avtobus da "Toyota" markalı minik maşınına dəyib.
Qəza nəticəsində xəsarət alan 2 nəfər - 1989-cu il təvəllüdlü Əliyev Ruslan Mənsur oğlu və Mənsurova Elmira Şirəli qızı hadisə yerinə çağırılan təcili tibbi yardım briqadaları tərəfindən 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Daha bir nəfərə isə hadisə yerində tibbi yardım göstərildikdən sonra buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












