Banner

İki təyyarə havada toqquşdu: ÖLƏN VAR

Qəzalar 29 Oktyabr 2026 12:18
İki təyyarə havada toqquşdu: ÖLƏN VAR
WhatsApp kanalımıza abunə olun

Uruqvayda təlim uçuşu zamanı iki kiçik təyyarənin havada toqquşması nəticəsində pilotlardan biri həyatını itirib.

Avtosfer.az xəbər verir ki, bu barədə “Subrayado” nəşri Uruqvay Hərbi Hava Qüvvələrinin açıqlamasına istinadən məlumat yayıb.

Hadisə oktyabrın 28-də yerli vaxtla saat 12:00 radələrində ölkənin cənubundakı Kanelones departamentinin Quasuvira kurort şəhəri yaxınlığında baş verib.

Məlumata görə, təyyarələr havada təlim manevri yerinə yetirərkən toqquşublar.

Uruqvay Hərbi Hava Qüvvələrinin bildirdiyinə əsasən, toqquşmadan sonra təyyarələrdən biri qəza enişi edib, digəri isə meşəlik əraziyə düşərək qəzaya uğrayıb.

Qəzaya uğrayan təyyarənin 58 yaşlı pilotu hadisə yerində həyatını itirib. Onun Hərbi Hava Qüvvələrinin istefada olan zabiti olduğu bildirilir.

Digər təyyarənin pilotu isə xəsarət almayıb.

 

Oxunub : 98
ŞƏRH YAZ
Ad

E-mail

Şərh