İki "VAZ" toqquşdu: 5 yaralı - Gəncə-Şəmkir yolunda

Göygöldə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə hadisə Gəncə-Şəmkir avtomobil yolunun Göygöl rayonu Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ 2106” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində sürücülər - Daşkəsən rayon sakini, 1988-ci il təvəllüdlü Elməddin Quliyev və Göygöl rayonu Balçılı kənd sakini, 1970-ci il təvəllüdlü Yaşar Rüstəmov, həmçinin sərnişinlər - Daşkəsən rayon sakini, 1969-cu il təvəllüdlü Bəhruz Həsənov, Göygöl rayonu Xəqani kənd sakinləri - 1957-ci il təvəllüdlü Şərqiyyə Hüseynova və 1949-cu il təvəllüdlü Səftər Hüseynov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı










