İki yük avtomobili toqquşdu: yaralı var - VİDEO

Bakı-Qazax şosesində 1 nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə şosenin Qaradağ rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, 1965-ci il təvəllüdlü Abuladze Malkoz Şotayeviçin idarə etdiyi Gürcüstan dövlət qeydiyyat nişanlı "DAF" markalı yük avtomobili İlham Fətiyevin idarə etdiyi "KamAZ" markalı yük avtomobilinə çırpılıb. Nəticədə "DAF" markalı yük avtomobilinin sürücüsü Malkoz Abuladze hər iki ayağından ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Hadisə nəticəsində "KamAZ" markalı avtomobilindəki qum yola dağılıb və avtomobillərin hərəkətində problemlər yaranıb. Əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb edilib, yolda nəqliyyat vasitələrinin hərəkəti polis əməkdaşları tərəfindən tənzimlənib. İlkin ehtimala görə, hadisəyə səbəb M. Abuladzenin sərxoş olmasıdır. Fakt Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












