İki yük maşını toqquşub - Hacıqabulda

Hacıqabulda iki yük maşınının toqquşması nəticəsində sürücülərdən biri yaralanıb. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saat 3.30 radələrində Bakı-Qazax magistralının 115-ci kilometrliyində, Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb.
Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Dünyamalıyev Elgün Etibar oğlunun idarə etdiyi daşla yüklənmiş “KamAz” markalı avtomobil digər “KamAz” markalı avtomobilə çırpılıb.
Maşında sıxılmış vəziyyətdə qalan E.Dünyamalıyevi Fövqəladə Hallar Nazirliyinin Hacıqabul Yanğından Mühafizə xidmətinin əməkdaşları xüsusi avadanlığın köməyi ilə çıxarıblar. Yaralı Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO












