İlin əvvəlindən indiyədək yol qəzalarında 268 nəfər ölüb - Bakıda

Bu ilin əvvəlindən indiyədək Bakıda yol-nəqliyyat hadisələri zamanı 268 nəfər ölüb, 805 nəfər xəsarət alıb. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) İctimai Əlaqələr Bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
O bildirib ki, bu il yanvar ayının 1-dən bu günə kimi, 956 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bunlardan 331-i piyada vurulması ilə nəticələnib. Piyada vurulması ilə nəticələnən qəza zamanı 89 nəfər ölüb, 158 nəfər xəsarət alıb.
Sürücünün sükan arxasında idarəetməni itirməsi nəticəsində isə 625 yol qəzası qeydə alınıb. Nəticədə 179 nəfər ölüb, 647 nəfər müxtəlif bədən xəsarətləri alıb.
İndiyədək Bakıda sürücülər barəsində 967 426 inzibati protokol tərtib edilib.
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı










