İlk dəfə sükan arxasına əyləşən gənc ağır qəza törətdi; həmkəndlisi öldü

Bu ilin fevral ayında Bərdənin Qazaxlar kəndində ağır yol qəzası törədən 1999-cu il təvəllüdlü Mehdiyev Elnur Arif oğluna hökm oxunub.
Avtosfer.az xəbər verir ki, onun barəsində açılmış cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. E.Mehdiyev Cinayət Məcəlləsinin 263-1.3-cü (sürücülük hüququ olmadan ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə) maddəsi üzrə təqsirli bilinib.
Məlum olub ki, qəzanın baş verdiyi gün Elnur ilk dəfə avtomobilin sükanı arxasına əyləşərək nəqliyyat vasitəsi idarə edib. Belə ki, həmin gün gənc oğlan kənddə keçirilən “ciyəraxşamı”nda iştirak edib. Axşam saatlarında o, örüşdən gələn heyvanları tövləyə salmaq üçün məclisi tərk edib və tanışına məxsus “Qazel” markalı avtomobilə əyləşib. Təcrübəsiz sürücü kəndin daxili yolunda hərəkətdə olarkən sürətini azaltmadan dönmə manevri edib. Bu zaman maşın idarəetmədən çıxaraq, yolun kənarı ilə atın ipindən tutub piyada gedən 1972-ci il təvəllüdlü Sadıqov Elçin Balağlan oğlunu vurub. Xəsarət alan şəxs hadisə yerində vəfat edib.
Məhkəmədə Elnur Mehdiyev ilk dəfə sükan arxasına əyləşdiyini, həmin maşını qaçırmadığını və sahibinin şifahi razılığı ilə sürdüyünü deyib.
Mərhumun oğlu Elnurdan şikayətçi olmayıb.
Məhkəmənin hökmü ilə 27 yaşlı oğlana 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd olunub.
Qeyd edək ki, bu kimi cəzaçəkmə müəssisələrindəki məhkumların bəzi hallarda oranı tərk etməsinə icazə verilir./qafqazinfo
Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki rayonda piyadaları maşın vurub öldürdü - ANBAAN VİDEO
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO
Əhməd Rəcəblidə AĞIR QƏZA: Avtomobillərə ciddi ziyan dəydi - VİDEO
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO












