"İnam 2019" şirkətinin hasarladığı ərazinin qəzaya səbəb olduğu iddia edilir - VİDEO

Bakıda hasarlanmış ərazinin qəzaya səbəb olduğu iddia edilir.
Avtosfer.az xəbər verir ki, Xəzər Tv-nin qaynar xəttinə paytaxt ərazisində yerləşən 86 nömrəli məktəbin yaxınlığındakı ərazinin hasarlanması nəticəsində qəza baş verməsi iddiası ilə bağlı müraciət daxil olub. İddialara görə, yolun hərəkət hissəsi tutulub.
Ərazidə yaşayanlar və yaxınlıqda çalışanlar deyiblər ki, burada mütəmadi qəza şəraiti yaranır. Dəmir hasar sürücülərdə görüntü məhdudiyyəti yaratdığından qəzalar qaçılmaz olur.
Hasarlanmış ərazidə tikinti işləri aparan "İnam 2019" MMC-dir.
Şirkətdən bildirildi ki, sözügedən ərazi onların mülkiyyətindədir və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş çıxarışla rəsmiləşdirilib: “Ərazi qanunvericiliyin tələblərinə uyğun olaraq hasarlanıb. Hərəkətin təşkilinə heçbir maneə yaratmır”.
Xətai Rayon İcra Hakimiyyətindən bildirildi ki, həmin ərazi özəl mülkiyyətdir.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












