İnək daşıyan TIR atəşə tutuldu

Almaniyadan Azərbaycana cins inəklər gətirən və Polşa nəqliyyat firmalarından birinə məxsus olan TIR Rusiya ərazisində avtomatdan atəşə tutulub. Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat firmasının sahibi Valdemar Yaşur məlumat verib.
TIR Dağıstan ərazisində avtomatdan atəşə tutulub. Güllələr avtomobilin korpusunu deşib, bununla belə sürücü yara almayıb. O, avtomobili ən yaxın “QAİ” postuna qədər çatdıra bilib. TIR-la Almaniyadan Azərbaycana cins inəklər daşınırdı.
Valdemar Yaşur deyib ki, atəş açanlar məlum deyil.
Xatırladaq ki, fevral ayının 1-dən etibarən daşıma üçün əvvəlki icazələrin müddəti bitdiyi üçün Polşanın yük maşınları Rusiya ərazisinə buraxılmırdı.
Buna cavab olaraq Polşa öz ərazisinə Rusiya TIR-larının girişini qadağan edib. Rusiya Federasiyası ərazisinə yanvar ayında daxil olan avtomobillər ölkə ərazisini fevralın 15-nə qədər tərk etməlidirlər.
Yükdaşımaların mübadiləsi mövzusunda danışıqlar davam edəcək.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












