İranda yol-nəqliyyat hadisələri nəticəsində 50 nəfər ölüb - Son iki gündə

Son iki gündə İranda yol-nəqliyyat hadisələri nəticəsində 50 nəfər ölüb, 400 nəfər yaralanıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, polis Novruz bayramı ilə əlaqədar istirahət günlərində qəzaların sayını azaltmaq üçün genişmiqyaslı əməliyyata başlayıb. İran Yol Polisinin rəhbəri Məhəmməd Hüseyn Həmidi bu gün Tehranın giriş və çıxışına vertolyotla baxış keçirib. Jurnalistlərə açıqlama verən M. Həmidi deyib ki, yol qəzalarına səbəb yorğunluq, yuxusuzluq, sürət həddini aşma və ötmə qaydalarının pozulmasıdır. “İstirahət günlərində səfərlər 20 faiz artacaq. Polis yol qəzalarının qarşısını almaq üçün genişmiqyaslı əməliyyata başlayıb və qanunu pozan sürücülər cəzalandırılacaqlar”. Polis yollarda müşahidə kameraları və nəzarət texnikasının sayını artırıb. Qeyd edək ki, İranda hər il yol-nəqliyyat hadisələri minlərlə insanın ölümünə və xəsarət almasına səbəb olur. Hər il Novruz bayramı günlərində qəzaların sayı artır. Ötən il Novruz bayramı günlərində İranda ölümlə nəticələnən 403 yol-nəqliyyat hadisəsi baş verib.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
















