İş adamı ağır qəzada ÖLDÜ - OĞLU SAĞ QALDI

ABŞ-nin Texas ştatında baş verən təyyarə qəzası nəticəsində tanınmış texnologiya sahibkarı Coşua Baer həyatını itirib, onun oğlu isə möcüzəvi şəkildə sağ qalıb.
Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, texnologiya startapı Capital Factory-nin rəhbəri olan Baer çərşənbə axşamı axşam saatlarında qəzaya uğrayan şəxsi təyyarənin göyərtəsində olub. Hadisə Texasın Laredo şəhəri yaxınlığında qeydə alınıb.
NetJets şirkəti tərəfindən idarə olunan Cessna Citation Latitude tipli təyyarənin uçuş zamanı texniki nasazlıqla üzləşdiyi bildirilir. Pilotlar təcili eniş etmək üçün marşrutu dəyişsələr də, hava hərəkətinə nəzarət xidməti ilə əlaqə sonradan kəsilib.
Təyyarədə ümumilikdə altı nəfər – Coşua Baer, onun oğlu, daha iki yeniyetmə və iki pilot olub.
FlightRadar24 məlumatlarına görə, təyyarə Meksikanın San Xose-del-Kabo şəhərindən Texasın Ostin şəhərinə doğru uçurdu. Lakin yaranan problemlər səbəbindən heyət Laredoya istiqamətlənmək qərarına gəlib.
Polisin məlumatına əsasən, idarəetməni itirən təyyarə magistral yola çırpılıb və hərəkətdə olan avtomobillərdən birinə dəyib. Zərbədən sonra hava gəmisi alovlanıb, yolun işıq dirəklərini aşıraraq beton maneəyə çırpılıb və iki hissəyə bölünüb.
Hadisə yerindən yayılan görüntülərdə təyyarənin alov içində magistral yolda sürüşdüyü görünür.
Şahidlərin sözlərinə görə, iki nəfər yanan təyyarəyə yaxınlaşaraq sərnişinləri xilas etmək üçün böyük riskə gedib. Onlardan biri çəkic, digəri isə kürəkdən istifadə edərək qapını və kokpit pəncərəsini sındırmağa nail olub.
Qəza nəticəsində Coşua Baer hadisə yerində həyatını itirib. Onun oğlu isə müxtəlif xəsarətlər alsa da, sağ qalıb və hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.
Xəstəxanaya çatdırılan digər sərnişinlər, avtomobil sürücüsü və xilasedicilər tibbi yardım aldıqdan sonra evə buraxılıblar. Hüquq-mühafizə orqanları onların həyatına təhlükə olmadığını açıqlayıb.
Qəzanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB












