İsmayıllıda AĞIR QƏZA: Ölənlər var - FOTO - YENİLƏNİB

İsmayıllıda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyəti məlum olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, avqustun 20-si saat 12:15-də Muğanlı-İsmayıllı magistral yolunun Diyallı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan yeddi nəfər (dörd kişi, üç qadın) İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Daxil olarkən pasiyentlərdən altısının vəziyyəti ağır olaraq qiymətləndirilib.
Hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Bir nəfər (kişi) valideynlərinin istəyi ilə tibbi xidmətdən imtina edib.
Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, vəziyyəti ağır qiymətləndirilən 1966-cı il təvəllüdlü şəxsin (qadın) saat 12:47-də ölüm faktı qeydə alınıb.
Digər şəxslərin müalicəsi davam etdirilir.
Hadisə nəticəsində 02.07.2026-cı il təvəllüdlü körpənin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb".
***15:09
İsmayıllı ağır yol-nəqliyyat hadisəsi zamanı yaralananların adları məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 1996-cı il təvəllüdlü Türkanə Sadıqova, 2001-ci il təvəllüdlü İlahə İsmayılova, Məmməd Məmmədov, Faiq İsmayılov və Zahid Nuriyev xəsarət alıblar.
***14:09
İsmayıllı ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən birinin kimliyi bilinib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, ölən şəxs "Hyundai" markalı avtomobildə olan 60 yaşlı Elina Məmmədovadır.
Həlak olan ikiaylıq körpənin oğlan uşağı olduğu bildirilir.
***13:36
İsmayıllı ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd-Diyallı yolunda baş verib.
İki avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO

















