İsmayıllıda “BMW” aşıb - Ölən və yaralanan var

İsmayıllı rayonu ərazisində bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün səhər saat 9:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun İsmayıllının Külüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “BMW” markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində Bakı şəhər sakini 1957-ci il təvəllüdlü Quliyeva Məryəm Əziz qızı dünyasını dəyişib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 1998-ci il təvəllüdlü Hüseynova Nəzrin Nazim qızı İsmayıllı rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












