İsmayıllıda dəhşətli qəza: 23 yaşlı gənc dünyasını dəyişdi - VİDEO

İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol qəzası olub. Avtosfer.az ARB Şəki-yə istinadən xəbər verir ki, hadisə axşam saat 22:00 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun İsmayıllı şəhəri ərazisində qeydə alınıb.
Rayonun Diyallı kənd sakini 23 yaşlı Nuğayev Seyran Bəhmən oğlu idarə etdiyi 31-BE-525 dövlət nömrə nişanlı “VAZ 21 015” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb.
Hadisə zamanı avtomobildə olan sərnişin, rayonun Diyallı kənd sakini, 23 yaşlı Şəmiyev Sənan Azər oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, Seyran Nuğayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












