İsmayıllıda ərəb turistləri daşıyan avtomobil aşdı: 3 yaralı

İsmayıllı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, İsmayıllı-Qəbələ yolunun Topçu kəndindən keçən hissəsində Bakı sakini, 1978-ci il təvəllüdlü Bağırov Elbəy Eldar oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə sürücü E.Bağırov, sərnişinləri olan ərəb turistlər - 1987-ci il təvəllüdlü Al İbrahim və 1995-ci il təvəllüdlü Al Mer Zeynab müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. Qeyd edək ki, ərəb turistlər Bakıdan Qəbələyə istirahətə gedirmişlər.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO













