İsmayıllıda körpü uçdu: avtomobil su arxına düşüb

İsmayıllıda dağılan körpü avtomobil qəzasına səbəb olub. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə hadisə bu gün günorta saatlarında İsmayıllı şəhərinin Soltan Mehdiyev küçəsində baş verib.
Rayonun Basqal qəsəbə sakini Cəbrayılov Nuru Ağaabdulla oğlu idarə etdiyi 99-HE-812 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili ilə yoldakı körpünün üzərindən keçərkən qəflətən körpünün bir hissəsi dağılıb və avtomobil su arxına düşüb. Hadisə nəticəsində avtomobil əzilsə də, sürücü və sərnişini - həyat yoldaşı xəsarət almayıb.
Hadisə şahidləri Şaiq Həsənov və İlkin Fətullayev APA-ya bildiriblər ki, bir neçə il öncə yerli sakinlər tərəfindən kustar üsulla inşa edilən bu körpü qəzalı vəziyyətə düşdüyü üçün təhlükə mənbəyinə çevrilib. Yerli sakinlər İsmayıllı şəhəri ilə yeni salınan yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun üzərində yerləşən və bərbad vəziyyətdə olan bu körpünün sökülərək əvəzində yenisinin inşası üçün dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Buna baxmayaraq vaxtında tədbir görülməyib və nəticədə körpü dağılaraq avtomobil qəzası baş verib.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












