İsmayıllıda mikroavtobus qəzaya uğradı, yaralılar var - YENİLƏNİB

İsmayıllı rayonunda baş verən mikroavtobus qəzası zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumatda bildirilib ki, iyulun 6-da, saat 04:00-da İsmayıllı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə iki nəfər (kişi) İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Bədənin müxtəlif nahiyələrinin açıq yaraları və sınıqları diaqnozları təyin olunan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1985-ci il təvəllüdlü şəxs ambulator müalicə üçün evə buraxılıb. 1988-ci il təvəllüdlü şəxs isə cərrahi əməliyyat olunmaq üçün Abşeron Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub", - deyə məlumatda bildirilir./oxu.az
***11:23
İsmayıllı rayonunda mikroavtobus qəzaya uğrayıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gecə baş verib.
Rayon sakini Səməd Qurbanov "Mercedes Vito" markalı avtomobilə idareəetməni itirib və avtomobil yolun kənarındakı beton maneəyə çırpılıb.
Hadisə nəticəsində avtomobildə olan sərnişinlər - 1988-ci il təvəllüdlü Elman Şıxamirov və 1985-ci il təvəllüdlü Ələddin Turacov ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev












