İsmayıllıda traktor aşıb, ölən var

Qəbələ-İsmayıllı yolunda ağır avtomobil qəzası baş verib, bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Qəbələ-İsmayıllı yolunun 9-cu kilometrliyində, İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisində qeydə alınıb.
İsmayıllı rayonu Qurbanəfəndi kənd sakini, 1993-cü il təvəllüdlü Sərdarov Belək Cəmaləddin oğlu idarə etdiyi traktoru yolun kənarındakı kafeyə tərəf dönmək istəyərkən traktor çökəkliyə aşıb.
Nəticədə sürücü Belək Sərdarov ağır xəsarət alıb, onun sərnişini, həmkəndlisi, 1994-cü təvəllüdü Cabbarlı Nurlan Marif oğlu isə aşan traktorun altına düşüb və hadisə yerində dünyasını dəyişib. Qapalı kəllə-beyin travması alan sürücü İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












