İstirahət günlərində yol qəzalarında 8 nəfər ölüb

İstirahət günlərində Azərbaycanda baş vermiş yol qəzalarında 8 nəfər ölüb. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. Avqustun 26-da - şənbə günü ölkə yollarında 16 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 5 nəfər ölüb, 15 nəfər isə yaralanıb. Belə ki, Bərdədə "VAZ 21 011"in aşması nəticəsində iki nəfər ölüb. Xaçmazda isə avtomobil velosipedçini vuraraq öldürüb. Bundan başqa Tovuz rayonunda 61, Şamaxının Muğanlı kəndində isə 10 yaşlı piyada avtomobilin altında qalaraq ölüb. Bazar günü isə ölkə yollarında 10 avtomobil qəzası baş verib. Nəticədə 3 nəfər ölüb, daha 10 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Beyləqanda "Hyundai" markalı avtomobilin dirəyə çırpılması iki nəfərin həyatına son qoyub. Şəmkirdə isə "NAZ Lifan"ın "Mercedes"ə çırpılması 53 yaşlı qadının ölümünə səbəb olub. Hər bir faktla bağlı araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












