İtkin düşən neftçilərin axtarışına 4 sualtı dalğıc gəmisi cəlb olunub - Xəzərdə

Dekabrın 15-də Xəzər dənizində əsən güclü küləyin “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın bir hissəsini dənizə uçurması nəticəsində itkin düşən neftçilərin axtarışı davam edir.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a hadisə ilə bağlı "Azneft" İB-də yaradılan qərargahdan bildirilib.
Qeyd olunub ki, bu gündən axtarış işlərinə sualtında axtarış edə bilən 4 dalğıc gəmisi cəlb olunub.
Məlumata görə, bundan başqa axtarış işlərini ətraf yataqlarda Fövqəladə Hallar Nazirliyinin (FHN) və "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin 10 gəmisi davam etdirir. Eyni zamanda FHN-in 2 helikopteri axtarışa cəlb olunub, daha 1 helikopter isə yaxın dəqiqələrdə havaya qalxacaq.
Qeyd edək ki, dekabrın 15-i saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.
Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:
1. Zülfüqarov Güloglan - maşinist
2. Zülfüqarov Azay - operator
3. Qurbanov Vidadi - operator
4. Həsənov Elçin - mexanik
5. Hacıəliyev Həsənağa - operator
6. Qafarov İlham - operator
7. Əsədov Samir - operator
8. Bəhrəmov Cavid - operator
9. Abbasov Ramiz - maşinist
10. Rüstəmov Qorxmaz – operator
Ötən gün axtarış nəticəsində 3 saylı Neft Yığım Məntəqəsinin əmtəə operatoru, 1958-ci il təvəllüdlü, Bakı şəhəri, Ələt qəsəbəsinin sakini İlham Əlihüseyn oğlu Qafarovun meyiti tapılıb.
Axşam saatlarında onun nəşi "Qaradağ-8" gəmisi ilə sahilə gətirilib və aidiyyəti üzrə təhvil verilib.
Ölkənin danışdığı motosiklet qəzasının arxasındakı əsas SƏBƏB
Bakıda əks yola çıxan skuter sürücüsü avtomobillə toqquşdu - REAL VİDEO
Göyçayda iki avtomobil toqquşaraq yararsız vəziyyətə düşdü - VİDEO
Böyükşor yolunda üç avtomobil TOQQUŞDU - VİDEO - YENİLƏNİB
Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın GÖRÜNTÜLƏRİ - VİDEO
Qəzada ölən Məryəmin orqanları 6 nəfərə həyat verdi - FOTO
Azərbaycanda müğənni qəzaya düşdü
Aeroport yolunda QƏZA - "Chevrolet" yük maşınına ÇIRPILDI - VİDEO
Dəhşətli qəza baş verdi - Ölən var - FOTO
“Changan” qırmızıdan keçib qəza törətdi; içindəki uşaq yola düşdü - VİDEO
İsmayıllıda işıq dirəyi qəzaya düşən avtomobilin üzərinə aşdı - VİDEO










