İtkin düşmüş “Boeing-777” təyyarəsinin qalıqları tapılıb

Cənubi Afrika Respublikası və Mavriki sahillərində "Malaysia Airlines" şirkətinə məxsus, 2014-cü ilin martında itkin düşmüş "Boeing 777" təyyarəsinin yeni qalıqları tapılıb.
Avtosfer.az xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Malayziya hökuməti bəyan edib.
Bundan əvvəl təyyarənin qalıqları Fransanın Reyuniyon adası və Mozambik sahillərində tapılıb. Beləliklə, tapılan fraqmentlərin sayı 5-ə çatıb.
Hazırda "Fugro Discovery", "Fugro Equator" və "Dong Hai Jiu" 101 gəmiləri itkin düşmüş təyyarənin axtarışlarını davam etdirir.
Xatırladaq ki, 2014-cü il, martın 8-də "Malaysia Airlines" şirkətinə məxsus Kuala-Lumpur-Pekin marşrutu üzrə hərəkət edən "Boeing-777" sərnişin təyyarəsi Hind okeanı üzərində yoxa çıxıb. Təyyarənin göyərtəsində 227 sərnişin və 12 heyət üzvü olub.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












