İki "Mercedes" toqquşdu - Ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB

İmişli rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, oktyabrın 9-u, saat 14:00-da İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə beş nəfər (biri uşaq olmaqla üçü kişi cinsli, ikisi qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Yaralılara kəllə əsasının sınığı, daxili orqanların zədələnməsi, travmatik şok, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən dörd nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Zəruri instrumental-diaqnostik müayinələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 2004-cü il təvəllüdlü şəxsin (kişi cinsli) ölüm faktı qeydə alınıb", - deyə məlumatda vurğulanır.
***15:11
İmişlidə minik avtomobilləri toqquşub.
Avtosfer.az xəbər verir ki, hadisə bu gün saat 14 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Məzrəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı iki "Mercedes" markalı avtomobil toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri yol kənarına aşıb.
Hadisə nəticəsində xəsarət alan 5 nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, bir nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.(unikal)

Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO











