İki sərnişin qatarı toqquşub, azı 20 nəfər xəsarət alıb

Misirin mərkəzi El-Minya əyalətində iki sərnişin qatarının toqquşması nəticəsində azı 20 nəfər xəsarət alıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, nazirliyə hadisə nəticəsində həlak olanlar barədə hələ ki, məlumat daxil olmayıb.
Hadisə yerinə 23 təcili yardım avtomobili cəlb edilib. Bundan başqa Misirin səhiyyə naziri Xalid Abdel Qaffar öz müavinini qəza baş verən əraziyə göndərib.
Öz növbəsində “Al-Youm as-Sabia” portalı bildirib ki, oktyabrın 13-də səhər saatlarında Qahirəyə gedən sərnişin qatarı digər qatarın lokomotivi ilə toqquşub. Nəticədə iki vaqon relslərin yanından keçən su kanalına düşüb. Hadisə yerində xilasedicilər işləyir, hadisənin səbəbləri aydınlaşdırılır.
Salyanda AĞIR QƏZA: İki nəfər öldü - FOTO - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRÜB
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
Yük maşını divara çırpıldı - Sürücü öldü - FOTO
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Kürdəmirdə xurma ilə dolu yük maşını aşdı - VİDEO
Şəkidə avtomobil dərəyə aşdı, ölən var
Gəncədə ağır qəza: Beş nəfər xəsarət alıb
Moped və velosiped sürən iki gənc qəzada ÖLDÜ - VİDEO
Tovuzda avtomobil AŞDI: Xəsarət alan var - FOTO
Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi












