İmişlidə ağır qəza: 3 ölü, 1 yaralı - FOTO - YENİLƏNİB

İmişli şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, avqustun ikisi İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə iki nəfər (kişi və qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"1964-cü il təvəllüdlü şəxsə (kişi cinsli) açıq kəllə-beyin travması, döş qəfəsinin qapalı travması, daxili orqanların zədələnməsi, III-IV dərəcəli travmatik şok, 2004-cü il təvəllüdlü şəxsə (qadın cinsli) qarının və döş qəfəsinin küt travması, daxili qanaxma diaqnozları təyin olunub.
Zəruri tibbi yardımlara və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 1964-cü il təvəllüdlü şəxsin ölüm faktı qeydə alınıb.
2004-cü il təvəllüdlü şəxsə (qadın cinsli) zəruri tibbi yardımlar göstərildikdən sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunub", - deyə məlumatda bildirilir.
***13:11
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, qəza Qaralar kəndi ərazisində qeydə alınıb.
“VAZ-21099” markalı minik avtomobili, “MAN” və “Ford” markalı iki yük maşını toqquşub.
Hadisə nəticəsində 3 nəfər ölüb, biri isə yaralanıb. Xəsarət alan şəxs İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Şəmkirdə idarəetmədən çıxan maşın beton arakəsməyə çırpıldı - VİDEO
Bakıda qəza: Avtobus 3 maşını əzib SOCAR-ın binasına çırpıldı - VİDEO - YENİLƏNİB
Ağır QƏZA: SÜRÜCÜ ÖLDÜ - FOTO - YENİLƏNİB
İsmayıllıda qəzada həlak olan iş adamının FOTOsu
Göygöldə AĞIR QƏZA: Ölən və yaralananlar var - YENİLƏNİB
Kayseridə sərnişin avtobusu yanacaq daşıyan tankerlə toqquşdu: 38 yaralı
Hava limanı yolunda zəncirvari qəza - Üç maşın toqquşdu - VİDEO
Anasının gözləri qarşısında maşın vurub öldürdü - VİDEO
Bu gün yeni restoranının açılışı olacaqdı; qəzada ÖLDÜ - FOTO
Dəhşətli QƏZA: ÖLƏN VAR
Bakının mərkəzində AĞIR QƏZA: 32 yaşlı kişi ÖLDÜ













