İmişlidə daha bir qəza - FOTO - YENİLƏNİB

İmişlidəki qəza ilə bağlı yeni detallar məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, 1977-ci il təvəllüdlü Cəmil Babaşovun idarə etdiyi "Opel" markalı nəqliyyat vasitəsinin 1974-cü il təvəllüdlü Əziz Quliyevin idarə etdiyi "Mercedes-Benz" avtomobili ilə toqquşması nəticəsində xəsarət alan yeniyetmələr futbolçular olublar.
Onlar futbol matçından qayıdırmışlar.
***14:41
İmişlidə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, bu gün saat 11:00-da İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində altı nəfər (hamısı kişi cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"1977, 2012 və 2013-cü il (4 nəfər) təvəllüdlü şəxslərə müştərək travmalar, üzün, baldırın və bədənin bir neçə nahiyəsinin çapılmış, sıyrılmış yaraları diaqnozları təyin olunub.
2013-cü il təvəllüdlü şəxslərdən birinə zəruri tibbi yardımlar göstərildikdən sonra ixtisaslı tibbi xidmət üçün Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Digər şəxslərin müalicələri tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Hər birinin vəziyyəti qənaətbəxş qiymətləndirilir".
***14:11
İmişli rayonunda “Opel” və “Mercedes” markalı avtomobillər toqquşub.
Avtosfer.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi İmişli-Xoşçobanlı-Qaraqaşlı avtomobil yolunun Otuziki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə nəticəsində xəsarət alan 6 nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılara dərhal tibbi yardım göstərilib, onlardan biri Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə edilib.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, avqustun 2-də də İmişlidə qəza baş vermiş, nəticədə 3 nəfər həlak olmuşdu.

“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO
Gəncədə qəza: “Mercedes” və “Chevrolet” toqquşdu - VİDEO












